Türkiyə şirkəti ilə görüş keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Genka Klima” şirkətinin İdarə Heyətinin sədri Salih Kadayıfçıoğlu ilə görüşüb.
Görüşdə KOBİA-nın xarici iş adamlarına ölkəmizdə biznesin qurulması və investisiya qoyuluşu istiqamətində göstərdiyi dəstək və xidmətlərə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.