Mərkəzi Aran iqtisadi rayonuna işguzar səfər baş tutdu

Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət-biznes tərəfdaşlığı formatında perspektiv investisiya layihələri barədə təkliflərin təqdim edilməsi, təhlili və həmin layihələrin ilkin texniki-iqtisadi əsaslandırmasının hazırlanması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin nümayəndə heyəti işgüzsar səfərlərini davam edir.

Bu dəfə Mərkəzi Aran iqtisadi rayonuna səfər edən DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanovun və Mərkəzin direktor müavini Hamlet İsmayılovun cari ilin 5-6 və 9 dekabr tarixlərində yerli icra hakimiyyətləri ilə keçirilmiş işgüzar görüşlərinin gündəliyini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə yerli icra hakimiyyətləri arasında səmərəli investisiya layihələrinin müəyyən edilməsi və reallaşdırılması təşkil etmişdir.

Görüşlər zamanı Mingəçevir və Yevlax şəhərlərinin, Ağdaş, Kürdəmir, Ucar və Zərdab rayonlarının rəhbərləri sahibkarlarlığın inkişafı üçün yaradılan əlverişli şərait barədə ətraflı məlumat vermişdilər. Həmçinin, gələcəkdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən birini əhatə edən turizm, ekologiya, kənd təsərrüfatı sahələri üzrə uyğun layihələrin həyata keçirilməsi xüsusi vurğulanmış, yerli icra hakimiyyətləri tərəfindən tullantıların emalı, nəqliyyat-loqistika, meyvə və süd emalı müəssisələri, otel, ticarət və əyləncə mərkəzləri, soyuducu anbar və kameraların tikintisi üzrə layihələrə dair məlumatların təqdim ediləcəyini bildirmişdir.

Öz növbəsində Mərkəzin direktoru qeyd etmişdir ki, təqdim olunan perspektiv investisiya layihələri onların investisiya cəlbediciliyi baxımından qiymətləndiriləcək, həmin layihələrin qısa və uzunmüddətli dövrlər üçün maliyyə göstəriciləri müəyyən olunacag.