KOBİA və MÜSİAD-ın Belçika ofisi arasında görüş keçirilib

Belçikaya səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Belçika ofisinin rəhbəri Hayri Alpaydın ilə görüşüb.

 

Görüşdə əməkdaşlıq perspektivlərinə və sahibkarlarla iş imkanlarına dair fikir mübadiləsi aparılıb.