Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin vahid portalı

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin vahid portalı – http://pppdc.gov.az saytı istifadəyə verildi

 

Azərbaycan Respublikasında dövlət-özəl sektor tərəfdaşlığının gələcək səmərəli inkişafı üçün Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin vahid onlayn portalı – http://pppdc.gov.az saytı istifadəyə verildi.

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturunda fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi tərəfindən yaradılmış saytın məqsədi dövlət və özəl sektor arasında tərəfdaşlıq münasibətləri çərçivəsində maraqlı tərəflərin məlumatlandırılması, dövlət-özəl partnyorluğu üzrə layihələrin həyata keçirilməsinin stimullaşdırılması və bu xidmətlərə çıxışın asanlaşdırılmasıdır.

 

Saytda dövlətin və özəl sektorun potensial infrastruktur layihələrinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində həyata keçirilməsi üçün sayt üzərindən elektron müraciət etmək imkanı yaradılıb.

 

Həmçinin, sayt dövlət və özəl sektor üçün yüksək keyfiyyətli və səmərəli qlobal layihələrin işlənməsini, icrasının təşviqini və asanlaşdırılmasını təmin edən onlayn “SOURCE” platforması ilə inteqrasiya olunmuşdur. Qeyd edək ki, “SOURCE” platforması dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi və investorların axtarışı üçün istifadə edilən qlobal platformadır.