Dövlət-Özəl Tərəfdaşlığının Hüquq Resursları Mərkəzinin (PPPLRC) yeni veb-səhifəsi istifadəyə verilmişdir

İnfrastrukturda Dövlət-Özəl Tərəfdaşlığı Müqavilələri, Qanunları və Qaydaları üzrə Resurs Mərkəzinin (PPPIRC) hüquqi varisi Dövlət-Özəl Tərəfdaşlığının Hüquq Resursları Mərkəzi (PPPLRC) hər hansı bir infrastruktur layihəsinin, xüsusən də dövlət-özəl tərəfdaşlığı (DÖST) layihəsinin planlaşdırılması, layihələndirilməsi və hüquqi cəhətdən strukturlaşdırılmasına dəstək edə biləcək bir sıra hüquqi sənədlərin nümunələrinə asan çıxışı təmin edir.

PPPLRC-nin mandatı aşağıdakı istiqamətləri ehtiva edir:

(i)           DÖST layihəsinin və onun əlverişli mühitinin strukturlaşdırılması üzrə təlimat;

(ii)          spesifik sektora aid məlumatlar.

Eyni zamanda, infrastruktur layihələrinin tərtib edilməsində hökumətin məqsədlərinin təhlili əsasında DÖST layihəsinin strukturunun işıqlandırılması məqsədilə PPPLRC-nin yeni veb-səhifəsi də istifadəyə verilmişdir – https://ppp.worldbank.org/public-private-partnership. Hökumətin məqsədlərindən və layihələrin hədəflərindən asılı olaraq, PPPLRC daha sonra DÖST sahəsində qanunvericilik bazasını qiymətləndirmək üçün məlumat əldə edir və o cümlədən dəyişdirilməsi və ya qəbul olunması tələb oluna bilən xüsusi sahəvi qanunlar və qaydalar üçün nümunəvi qanunvericilik aktları və təlimatları təqdim edir.

İstifadəçinin rahatlığı üçün PPPLRC ümumiləşdirilmiş və şərh edilmiş müqavilə nümunələri və digər resurslardan ibarət DÖST Kitabxanasını təqdim edir ki, materiallar sektor, region, sənədin növü və dili üzrə tapıla bilər. PPPLRC həmçinin enerji, su, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, bərk tullantılara aid bir çox sahəvi məlumatlar təqdim edir. Son olaraq veb-saytda təmiz enerji resurslarına da həsr olunmuş səhifə ayrılmışdır.