DÖST İnkişafı Mərkəzinin nümayəndələri Dünya Bankı tərəfindən keçirilən seminarda iştirak edib

Dünya Bankının təşkilatçılığı ilə 27 sentyabr 2023-cü il tarixində, Bakı şəhərində Avropa İttifaqının 2019-2020-ci illər üzrə Çoxillik Fəaliyyət Proqramı çərçivəsində “Azərbaycan üçün çevik texniki yardım aləti” formatında su təchizatı xidmətləri sektorunda dövlət-özəl tərəfdaşlığına dair seminar keçirilmişdir.

Seminarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin direktor müavini Hamlet İsmayılov iştirak etmişdir.

Sözügedən tədbirdə Dünya Bankının nümayəndələri ilə yanaşı Azərbaycan, Gürcüstan, Özbəkistan, Fransa və İspaniyanın aidiyyəti təşkilatlarından mütəxəssislər və ekspertlər iştirak etmiş, su təchizatı və kanalizasiya xidmətləri sektoruna dair mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbirdə ölkəmizlə bağlı “Su və çirkab su sektorunda dövlət-özəl tərəfdaşlığı”, “Azərbaycanda su təhlükəsizliyinin artırılmasına dəstəkdə dövlət-özəl tərəfdaşlığı ilə bağlı yeni irəliləyişlər”, həmçinin “Azərbaycanda su təhlükəsizliyinin atırılmasına dəstək – duzsuzlaşdırma ilə bağlı yeni irəliləyişlər” mövzusunda məlumatlar iştirakçıların diqqətinə çatdırılmış, bu sahədə müxtəlif ölkələrin təcrübəsini əks etdirən təqdimatlar edilmişdir.