Bişkek Beynəlxalq DÖST Konfransı öz işini davam etdirir

Bişkekdə keçirilən «DÖST sahəsində Beynəlxalq Konfrans»ın ikinci günü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin DÖST İnkişafı Mərkəzinin nümayəndə heyəti “Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq DÖST-ün inkişafı üzrə BMT Sessiyası” çərçivəsində BMT-nin İqtisadi Komissiyasının “DİM-lər üçün dövlət-özəl sektor tərəfdaşlığının qiymətləndirilməsi Metodologiyası” mövzusunda təqdimatı, UNİCEF-in “Məktəbəqədər təhsildə DÖST-ün xarici təcrübəsinin icmalı” təqdimatı, həmçinin Ümumdünya DÖST Assosiasiyasının (WAPPP) onlayn təqdimatı ilə tanış olub.

Konfransda iştirak edən DÖST İnkişafı Mərkəzinin direktoru Anar Salmanov, müxtəlif ölkələrin DÖST agentliklərinin rəhbərləri, konsaltinq şirkətlərinin və Qırğızıstan Respublikasının Biznes Ombudsmanları İnstitutun nümayəndələrinin iştirakı ilə təşkil olunmuş “Milli DÖST siyasətinin təkmilləşdirilməsi” adlı tematik sessiyada DÖST-ün ölkəmizdə inkişafını işıqlandıran təqdimatla çıxış edib. https://pppdc.gov.az/az/page/biskek-06102022 O, öz çıxışında qeyd edib ki, DÖST qarşılıqlı potensialdan tam istifadəni və innovativ resurslar və onların nəticələrinin əlaqələndirilməsini təmin edən iqtisadi siyasətin səmərəli aləti kimi çıxış edir. Təqdimatda həmçinin Azərbaycanda DÖST-ün normativ-hüquqi bazası, Mərkəzin rəsmi internet saytının fəaliyyətə başlaması, onlayn təlim platforması, planlaşdırılan DÖST layihələri və onların məlumat bazası, ölkəmizdə DÖST-ün institusional mühiti haqqında məlumat verilmişdir.  Anar Salmanov çıxışında onu da qeyd edib ki, ölkəmizin 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsi işğaldan azad edilmiş ərazilərə, o cümlədən DÖST formatında da iri sərmayələrin yatırılması üçün geniş imkanlar yaradıb.