Xətai İsmayılov Musa oğlu 20 may 1986-cı ildə Bakı şəhərində anadan olub.

2003-2007-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Avtomatika və İdarəetmə fakultəsində təhsil alıb.

2007-2008-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

2011-2023-cu illərdə “Azərlotereya” ASC-də aparıcı mütəxəssis və sektor müdiri vəzifələrində çalışıb.

Çalışdığı illər ərzində WLA (World Lottery Association) və ELA (European Lottery Association) tərəfindən təşkil edilən seminar və konfranslarda iştirak edib.

2023-cü ilin mart ayından Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin DÖST layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin baş layihə koordinatoru vəzifəsində çalışır.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir, 2 övladı var.