Hüseynov Seymur Zakir oğlu 31 mart 1979-cu ildə Bakı şəhərində anadan olub.

1993-1996-cı illərdə BDU-nun nəzdində fizika, riyaziyyat və informatika litseyində, 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində təhsil alıb.

2000-2001-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hərbi qoşunlarında xidmət edib.

2002-2014-cü illərdə “Bakı Şərab-1” ATSC-də mühasib və müşahidə şurasının üzvü, 2014-2017-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də maliyyə mütəxəssisi, 2017-2022-ci illərdə rəhbərlik bölməsində daxili auditor vəzifələrində çalışıb.

2022-ci ilin dekabr ayından Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişaf Mərkəzinin DÖST layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin böyük koordinatoru vəzifəsində çalışır.

Azərbaycan və rus dillərini bilir.

Ailəlidir, 3 övladı var.