Hacıyev Ruslan Yaşar oğlu 3 yanvar 1976-ci ildə Bakı şəhərində anadan olub. 

1992-1996-ci illərdə “Azərbaycan”  Universitetinin  İqtisadiyyat və İdarəetmə fakültəsinin bakalavr pilləsində təhsil alıb.

Əmək fəaliyyətinə 1996-ci ildə ”Tofik & Ko” şirkətində başlayıb, direktorun köməkçisi  vəzifəsində çalışıb. 

1996-2001-ci illərdə “İmprotex Trading” şirkətində satış üzrə menecer vəzifəsində çalışıb. 

2001-2005-ci illərdə “Meqa-İnvest” şirkətində baş xəzinədar vəzifəsində çalışıb. 

2005-2011-ci illərdə “Bank of Azərbaycan” ASC-də baş xəzinədar, 2011-2015-ci illərdə isə 1 saylı Şöbənin müdiri vəzifələrində çalışıb.

2011-2017-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşqul olub

2017-2019-ci illərdə “CinemaPlus” MMC-də daxili audit departamentinin rəisi vəzifəsində çalışıb.

03.2019-11.2019-ci ildə “Caspian Railroad Company” MMC-də direktor vəzifəsində çalışıb.

2019-2022-ci illərdə sahibkarlıq fəaliyyətini davam edib.

2022-ci ilin dekabr ayından Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin DÖST layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin aparıcı layihə koordinatoru vəzifəsində çalışır.  

Azərbaycan, rus və türk dillərini bilir.

Ailəlidir, 3 övladı var.