Qurbanov Rəfi Qurban oğlu 27 fevral 1990-ci ildə Şəmkir rayonunda anadan olub.

2007-2012-ci illərdə Qafqaz Universitetinin Tərcümə (İngilis dili) fakultəsinin bakalavr pilləsini fərqlənmə ilə bitirib.

2014-2015-ci illərdə Böyük Britaniyanın Anqlia Raskin Universitetinin “Media və kommunikasiya” ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2021-ci ildən Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dokotorantıdır.

2012-2013-cü illərdə Hərbi Dəniz Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

2015-2016-cı illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsində məsləhətçi, 2016-2019-cu illərdə isə Komitənin Xarici əlaqələr şöbəsinin müdir müavini və müdiri vəzifələrində çalışıb.

2019-2020-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini vəzifəsində çalışıb.

2020-2021-ci illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (İB) Himayəçilər Şurasının sədr müavini, 2021-2023-cü illərdə Nizami Gəncəvi Vəqfinin (İB) direktoru vəzifələrində çalışıb.

Bir çox xarici ölkələrdə diplomatiya, dövlət siyasəti, gənc siyasi müşavirlər, liderlik ilə bağlı kurs və təlimlərdə iştirak edib.

1-ci dərəcə dövlət qulluqçusudur.

2015-2023-cü illərdə Xəzər universiteti, Azərbaycan Universiteti və Azərbaycan İlahiyyat İnstitutunda “İngilis dili”, “Medianın beynəlxalq münasibətlərdə rolu”, “Qeydgötürmə bacarıqları”, “Tərcümə nəzəriyyəsi” fənlərini tədris edib.

İngilis və Azərbaycan dillərində bir sıra kitabların: “Erməni terroru: Azərbaynın tarixi və dini abidələri”, “Azərbaycanda yaşyan qeyri-müsəlman dini azlıqlar”, müəllifi, eləcə də “Multikulturalizmə giriş. Ali məktəblər üçün dərslik” kitabının həmmüəllifidir.

2023-cü ilin sentyabr ayından Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin DÖST layihələrinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri vəzifəsində çalışır.

Azərbaycan, türk və ingilis dillərini bilir.

Ailəlidir, bir övladı var.