İsmayılov Hamlet Sarı oğlu 5 aprel 1975-ci ildə Bakı şəhərində anadan olub. 

1982–1992–ci illərdə Bakı şəhəri, 54 saylı tam orta məktəbdə, 1997–2002–ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat ixtisası üzrə “Mühasibat uçotu və audit” fakultəsinin bakalavr, 2002–2005–ci illərdə həmin ixtisas üzrə magistr pillələrində təhsil alıb. 

1993–1997-ci illərdə Azərbaycan Milli Ordusunda hərbi xidmətdə olub. 

2000–2003–cü illərdə “Azərsəhiyyə TTT”-də iqtisadçı, 2003–2018–ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat  Nazirliyinin Dövlət investisiyaları, Xarici investisiyalar və yardımların əlaqələndirilməsi, Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbələrində müxtəlif vəzifələrdə çalışıb. Bir çox xarici ölkələrdə seminar, təlim və tədbirlərdə iştirak edib.

Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə malikdir. 

2018-ci ildən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “KOB evləri” nin fəaliyyətinin təşkili və əlaqələndirilməsi departamentinin müdir müavini, 2021-2022-ci illərdə Agentliyin Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin DÖST Layihlərinin inkişaf etdirilməsi və icrasına dəstək departamentinin müdiri vəzifəsində çalışıb.

2022-ci ilin dekabr ayından Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

2006–2009–cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi proqramı (MBA) üzrə “Maliyyə aktivlərinin qiymətləndirilməsi” və “Xarici ticarət” fənlərini tədris edib. 

Azərbaycan və rus dillərini bilir. 

Ailəlidir, 3 övladı var.