Əsasnamə
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi kollegiyasının 2019-cu il 16 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş
1. Ümumi müddəalar
1.1.«Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında Nümunəvi Əsasnamə»(bundan sonra – Əsasnamə) «Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyininfəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədiləhazırlanmışdır və AzərbaycanRespublikasının Kiçik vəOrta Biznesin İnkişafı Agentliyinin (bundan sonra– Agentlik) strukturuna daxil olanDövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin (bundan sonra – Mərkəz) fəaliyyətini tənzimləyir.
1.2.Mərkəz «Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsihaqqında» Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən yaradılmışdır.
1.3.Mərkəz öz fəaliyyətindəAzərbaycan Respublikasının Konstitusiyasını, AzərbaycanRespublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasınıntərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını,Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Agentliyin idarəetməorqanlarının qərarlarını, habeləbu Əsasnaməni rəhbər tutur.
1.4.Mərkəz fəaliyyətini Agentliyin strukturuna daxil olan bölmələr və digər qurumlar ilə əlaqəlihəyata keçirir.
1.5.Mərkəz dövlət-sahibkar tərəfdaşlığı proqramlarının və layihələrinin hazırlanmasında vəhəyata keçirilməsindəiştirak edir.
1.6.Mərkəzin işçilərinin ştat cədvəli və xərclər smetası Agentliyin İdarə Heyətinin sədritərəfindən təsdiq edilir.
2. Mərkəzin fəaliyyət istiqamətləri
2.0. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.0.1. dövlət-sahibkar tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturuninkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi;
2.0.2. dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsivə əlaqələndirilməsi;
2.0.3. dövlət-sahibkar tərəfdaşlığı proqram və layihələrində KOB-ların iştirakınıngenişləndirilməsinin təmin edilməsi;
2.0.4. dövlət-sahibkar tərəfdaşlığı üzrə bütün maraqlı tərəflərin maarifləndirilməsi vəpotensialının gücləndirilməsi;
2.0.5. dövlət-sahibkar tərəfdaşlığı meyarlarına uyğun layihələrin təhlil edilməsi, araşdırılması vəhəmin layihələrin reallaşdırılması üçün işlərin görülməsi.
3. Mərkəzin vəzifələri
3.0.Mərkəz bu Əsasnaməiləmüəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraqaşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. dövlət-sahibkar tərəfdaşlığı üzrə mövcud qanunvericilik bazasının və bu sahədə biznesmühitinin müntəzəm təhlil edilməsi, eləcə dəqanunvericiliyin təkmilləşdirilməsi və biznes mühitininyaxşılaşdırılmasına dair tövsiyələrin hazırlanması və təkliflərin verilməsi;
3.0.2. ölkəiqtisadiyyatının prioritet istiqamətləri nəzərəalınmaqla, dövlət-sahibkar tərəfdaşlığıüzrəözəl sektorun cəlb olunması məqsədəuyğun hesab edilən potensial sahələrlə bağlı təkliflərin verilməsi;
3.0.3. dövlət-sahibkar tərəfdaşlığı sahəsindəinkişaf konsepsiyalarının və perspektiv inkişafproqramların hazırlanması iləbağlı təkliflərin verilməsi, bu sahədə proqram və layihələrin həyata keçirilməsiüzrə işlək mexanizmlərin hazırlanması və tətbiq edilməsi;
3.0.4. KOB-ların cəlb edilməsinə şərait yaradan dövlət-sahibkar tərəfdaşlığı layihələrininhazırlanması, icrası və qiymətləndirilməsinə dair zəruri qaydaların və metodiki göstərişlərin işlənilibhazırlanması və tətbiq edilməsi;
3.0.5. dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması və icrasının müvafiqdövlət orqanları və digər maraqlı tərəflər ilə səmərəli əlaqələndirilməsi;
3.0.6. dövlət-sahibkar tərəfdaşlığı layihələri hazırlanarkən KOB-ların minimum iştirak payınınmüəyyən edilməsi və zəruri hallarda artırılmasına dair təkliflərin verilməsi;
3.0.7. dövlət-sahibkar tərəfdaşlığı layihələri üzrə işlərin yerinə yetirilməsinə KOB-ları daha genişcəlb edən özəl tərəfdaşlar üçün üstünlüyün müəyyən edilməsi mexanizmlərinin tətbiq edilməsi;
3.0.8. dövlət-sahibkar tərəfdaşlığı üzrə konsepsiya sənədlərinin, biznes planların, ilkin və əsaslıtexniki-iqtisadi əsaslandırmaların, müsabiqə və digər əlaqədar sənədlərin hazırlanmasınınmaliyyələşdirilməsi məqsədilə texniki yardım mexanizminin formalaşdırılması və idarə edilməsi;
3.0.9. dövlət-sahibkar tərəfdaşlığı layihələrinin hazırlanması, həyata keçirilməsi, monitorinqi vəqiymətləndirilməsi istiqamətində potensialın gücləndirilməsi və məsləhət xidmətlərinin təmin edilməsi;
3.0.10. dövlət-sahibkar tərəfdaşlığı üzrə araşdırmaların və tədqiqatların aparılması və zərurihallarda bu istiqamətdə beynəlxalq və yerli məsləhətçilərin cəlb edilməsi;
3.0.11. dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin icrasının monitorinqi və onlarınicrasında yaranan çatışmazlıqların və çətinliklərin aradan qaldırılmasına dair texniki yardımın təminedilməsi;
3.0.12. dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələr başa çatdıqdan sonra müvafiqqaydada qiymətləndirmənin təmin edilməsi, layihələrin effektivliyinin müəyyən edilməsi və müvafiqhesabatların və təkliflərin təqdim edilməsi;
3.0.13. dövlət-sahibkar tərəfdaşlığı üzrə təcrübə mübadiləsi və təlim səfərlərinin təşkil edilməsi vəbu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiq edilməsinin təmin edilməsi;
3.0.14. dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram, layihə və ümumilikdə bütün fəaliyyətə dair ölkəüzrə mərkəzləşdirilmiş informasiya bazasının yaradılması və idarə edilməsi;
3.0.15. dövlət-sahibkar tərəfdaşlığı üzrə bilik mərkəzi olaraq, müxtəlif kütləvi informasiya vasitələriilə dövlət-sahibkar tərəfdaşlığı siyasətinə dair vaxtlı vaxtında, etibarlı və düzgün informasiyanın yayılmasıvə onun mütəmadi təbliğ edilməsi;
3.0.16. dövlət-sahibkar tərəfdaşlığı layihələrinə cəlb edilmiş müxtəlif tərəflərlə şəbəkələşmənintəmin edilməsi və institusional əlaqələrin qurulması;
3.0.17. dövlət-sahibkar tərəfdaşlığı sahəsində peşəkar mütəxəssislərin hazırlanması, tədrisproqramlarının tərtibi ilə bağlı təkliflərin verilməsi və onların həyata keçirilməsində səmərəli iştirakın təminedilməsi;
3.0.18. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə vətəşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasının təminedilməsi;
3.0.19. zəruri hesabatların, o cümlədən KOB-ların dövlət-sahibkar tərəfdaşlığı layihələrindəiştirakı, həmin layihələrin icrası səviyyəsinin və səmərəliliyinin qiymətləndirilməsi barədə hesabatların vəfəaliyyət planlarının Agentliyə təqdim edilməsi;
3.0.20. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmaların aparılması, Agentliklərazılaşdırmaqla işçi qrupları vəkomissiyaların yaradılması;
3.0.21. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, dövlət-sahibkar tərəfdaşlığı sahəsindəelmi nailiyyətlərin tətbiqinin təmin edilməsi;
3.0.22. Agentliyin strateji inkişaf konsepsiyasına uyğun olaraq Mərkəzin fəaliyyəti ilə bağlıAgentliyin rəhbərliyi üçün müvafiq təkliflərin, hesabatların, arayış və məlumatların hazırlanması.
4. Mərkəzin hüquqları
4.0. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. dövlət-sahibkar tərəfdaşlığı sahəsində normativ hüquqi aktların qəbul olunması,dəyişikliklərin edilməsi, şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyətiüzrə təkliflərin verilməsi;
4.0.2. dövlət-sahibkar tərəfdaşlığı sahəsində beynəlxalq müqavilələrə AzərbaycanRespublikasının tərəfdar çıxması barədə təkliflərin verilməsi;
4.0.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalqtəşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlığa dair təkliflərin verilməsi,xarici dövlətlərin müvafiq təcrübəsinin öyrənilməsi;
4.0.4. dövlət-sahibkar tərəfdaşlığı üzrə infrastruktur layihələrinin həyata keçirilməsində KOB-ların təchizatçı kimi iştirakını stimullaşdıran tədbirlərin görülməsi;
4.0.5. dövlət-sahibkar tərəfdaşlığı layihələrinin müəyyən edilməsi və hazırlanması, o cümlədənilkin və əsaslı texniki-iqtisadi əsaslandırmaların hazırlanması, eləcə də müsabiqə sənədlərinin və digərmüvafiq sənədlərin hazırlanması istiqamətində maraqlı tərəflərə ödənişli əsaslarla məsləhət xidmətlərinintəmin edilməsi;
4.0.6. dövlət-sahibkar tərəfdaşlığı layihələrinin hazırlanması, idarə edilməsi, monitorinqi vəqiymətləndirilməsi üzrə ödənişli sertifikatlaşdırılmış təlim proqramlarının həyata keçirilməsi;
4.0.7. dövlət-sahibkar tərəfdaşlığı proqram və layihələrinin hazırlanmasında və həyatakeçirilməsində beynəlxalq və yerli ekspertlərin cəlb edilməsi;
4.0.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmaların aparılması, işçi qruplarda vəkomissiyalarda təmsil olunması;
4.0.9. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflərin verilməsi, təhlillərin və ümumiləşdirmələrinaparılması, analitik materialların hazırlanması;
4.0.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfransların, müşavirələrin, seminarlarınvə digər tədbirlərin təşkili ilə bağlı təkliflərin verilməsi;
4.0.11. fəaliyyət istiqamətlərinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Agentliyindövlət orqanları, yerli özünüidarəetməorqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqvə mənafelərinin müdafiə edilməsi.
5. Mərkəzin fəaliyyətinin təşkili
5.1.Mərkəzin fəaliyyətinəAgentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyəuyğunolaraq vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
5.2.Mərkəzin direktoru Mərkəzə həvaləolunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsənməsuliyyət daşıyır.
5.3.Mərkəzin direktoru:
5.3.1. Mərkəzin fəaliyyətini təşkil edir vəona rəhbərlik edir;
5.3.2. Agentliyin İdarə Heyəti sədrinin verdiyi səlahiyyətlər daxilində müqavilələr bağlayır;
5.3.3. səlahiyyətləri daxilində rəhbərlik etdiyi Mərkəz üzrəicrası məcburi olan əmrlər verir;
5.3.4. tabeliyindəolan işçilər arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əməkvəicra intizamına riayət etmələrinə nəzarət edir;
5.3.5. işçilərin etik və xidməti davranış qaydalarına, növbəlilik qrafikinə əməl etməsinə nəzarətedir;
5.3.6. Mərkəz üzrəAgentliyin İdarə Heyətində müzakirə edilməli məsələləri müəyyən edir vəbubarədə təkliflərini Agentliyin rəhbərliyinə təqdim edir;
5.3.7. dövlət-sahibkar tərəfdaşlığı üzrə əlaqələndirməni həyata keçirmək və Mərkəzin fəaliyyətistiqamətləri üzrə digər dövlət vəözəl qurumlar qarşısında məsələ qaldırmaq və qarşılıqlı fəaliyyəti təminetmək üçün Agentliyin İdarə Heyəti sədrinin qarşısında məsələqaldırır vəya Agentliyin İdarə Heyətisədrinin razılığı ilə aidiyyəti üzrə məsələqaldırır;
5.3.8. Mərkəzin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsiüçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
5.3.9. Mərkəzin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturbölmələrindən zəruri məlumat və sənədləri alır;
5.3.10. sahibkarların qəbulunu və daxil olan müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuşqaydada baxılmasını təşkil edir;
5.3.11. Mərkəzdəkargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.3.12. Agentliyin İdarə Heyəti sədrinin tapşırığı ilə digər dövlət vəözəl qurumlarda keçiriləntədbirlərdə Mərkəzi təmsil edir;
5.3.13. Mərkəzin maddi texniki ləvazimatla, rabitə və nəqliyyat vasitələri ilə təminatı, habeləişçilərinin sosial-məişət təminatı ilə bağlı Agentliyə təqdimat verir;
5.3.14. Mərkəzdə nəzarəti, monitorinqi və qiymətləndirməni həyata keçirmək üçün Agentliyinsəlahiyyətli nümayəndələrinəşərait yaradır.
5.4.Mərkəzin direktorunun Agentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyəuyğunolaraq vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.
5.5.Mərkəzin direktorunun müavini Mərkəzin direktoru tərəfindən ona həvaləedilmişvəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.6.Mərkəzin direktoru işdə olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydadaMərkəzin direktorunun müavini həyata keçirir.
5.7.Mərkəzin digər işçiləri Agentliyin İdarə Heyətinin sədri tərəfindən qanunvericiliyə uyğunolaraq vəzifəyə təyin və vəzifədən azad edilir.
5.8.Mərkəzin hər bir işçisi ona məlum olan qanunla qorunan, yaxud xidməti sirr təşkil edənməlumatların mühafizəolunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinəuyğun məsuliyyət daşıyır.
5.9.Mərkəzin işçilərinin vəzifə təlimatları Agentliyin İdarə Heyətinin sədrinin əmri ilə təsdiqedilir.
6. Yekun müddəalar
Bu Əsasnaməyə dəyişikliklər Agentliyin İdarə Heyətinin sədrinin təklifləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilir.