DÖST üstünlükləri
Dövlət üçün:
- Alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi ilə infrastruktur layihələrinin icrasına yerli və xarici sərmayəçilərin cəlb edilməsi;
- Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərclərinin optimallaşdırılması;
- Ölkə infrastrukturunun özəl sektorun iştirakı ilə yenilənməsi;
- Dövlət və ya ictimai xidmətlərin təşkilində keyfiyyətin yüksəldilməsi;
- İnvestorun təcrübəsindən, səriştəsindən və müasir yanaşmalarından (innovasiyalar) istifadə etmək imkanı;
- Özəl sektorla riskləri bölüşmək.
İnvestor üçün:
- Uzunmüddətli, geri qaytarıla bilən investisiya;
- Dövlətin iştirakı ilə layihənin həyata keçirilməsi (büdcədən layihənin qismən maliyyələşdirilməsi imkanı);
- Əlavə zəmanət əldə etmə imkanı;
- Riskləri dövlətlə bölüşmək;
- Özəl sektorun iqtisadiyyat və idarəetmədə iştirakının genişləndirilməsi.