DÖST nədir?
Beynəlxalq miqyasda dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) PPP (Public Private Partnership) kimi tanınır, ictimai (dövlət) infrastruktur və ya xidmətlərin təmin edilməsi üçün dövlət və özəl sektor arasında uzunmüddətli müqavilədir və burada özəl sektor müəyyən risklər və idarəetmə məsuliyyətini daşıyır, eləcə də özəl sektora edilən ödəniş fəaliyyətin nəticələrinə əsaslanır. Bu tipli layihələrin icrası ilə dövlət, mülkiyyət və ya nəzarət mexanizmlərini özündə saxlamaqla onun tərəfindən göstərilən bir sıra xidmətləri özəl sektora ötürür və nəticədə dövlət əvvəlcədən müəyyən etdiyi tələblərə uyğun keyfiyyətli infrastruktura, əhali isə keyfiyyətli xidmətə sahib olur.