Beynəlxalq təcrübədə DÖST layihələrinin növləri cəlb olunan aktivin forması (yeni və ya mövcud), özəl sektora həvalə olunan funksiyalar (layihələndirmə, tikinti/yenidənqurma, maliyyələşdirmə, texniki xidmət və istismar) və ona edilən ödəniş (istifadəçilər tərəfindən ödəniş, hökumət tərəfindən ödəniş və ya bunların hər ikisi) kimi parametrlərin kombinasiyasından asılı olaraq dəyişir. Ümumilikdə təcrübədə 10-dan çox DÖST modeli tətbiq edilir. Bunlara misal olaraq, “Tik-İdarə etTəhvil ver” (Build-Operate-Transfer), “Tik-Sahib ol-İdarə et-Təhvil ver” (Build-OwnOperate-Transfer), “Tik-Sahib ol-İdarə et” (Build-Own-Operate), “Tik-Təhvil ver-İstismar et” (Build-Transfer-Operate) və s. qeyd etmək olar.