Hazırda Azərbaycanda DÖST mühiti “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşməsi əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli Qanunu ilə tənzimlənir.

Eyni zamanda, sözügedən qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası” və Maliyyə Nazirliyinin Kollegiyasının 22 may 2017-ci il tarixli Q-06 nömrəli Qərarı ilə “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində bağlanılmış müqavilələr üzrə əməkdaşlıq yardımının və qarantiya öhdəliyinin həcminin hesablanması metodikası barədə Qayda” təsdiq edilib. Qeyd edilən hüquqi çərçivə ölkədə DÖST layihələrinin “Tik-İdarə Et-Təhvil ver (TİT)” modeli əsasında həyata keçirilməsini nəzərdə tutur.

Azərbaycanda aşağıdakı istiqamətlərdə DÖST layihələri “TİT” modeli əsasında həyata keçirilə bilər:

  •  körpülər, tunellər;
  •  su anbarları, sutəmizləmə qurğuları, suvarma, içməli və məişət su, habelə kanalizasiya sistemləri, o cümlədən magistral qaz kəmərləri, yeraltı qaz anbarları, şəhərdaxili qaz şəbəkələri;
  •  mətbuat və konfrans mərkəzləri, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri;
  •  kommersiya məqsədli binalar, topdansatış bazarları, fabriklər və zavodlar;
  •  idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları;
  •  sənaye parkları, yüksək texnologiya parkları, aqroparklar, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində digər sistemlər;
  • kənd təsərrüfatı məhsullarının tədarük anbarları və bu tipli digər obyektlər;
  • geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr;
  • şoselər, avtomagistrallar, dəmir yolu və relsli sistemlər, avtovağzal kompleksləri, stansiyalar, funikulyor və qaldırıcı sistemlər, logistika mərkəzləri, yeraltı və yerüstü avtomobil dayanacaqları, metro xətləri və stansiyaları;
  • xüsusi iqtisadi zonalar, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanları, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslər.

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş strateji yol xəritələri, həmçinin Azərbaycanın sosial iqtisadi inkişafına yönəldilmiş konseptual sənədlərdə dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) mexanizmləri vasitəsilə özəl sektorun iqtisadi inkişafda rolunun artırılması hədəf olaraq müəyyən edilib. Bu baxımdan, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi yaradılıb. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2019-cu il 16 iyul tarixli Qərarı ilə Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi haqqında nümunəvi əsasnamə təsdiq olunub.

Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

– dövlət-sahibkar tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi;

– dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi;

– dövlət-sahibkar tərəfdaşlığı proqram və layihələrində KOB-ların iştirakının genişləndirilməsinin təmin edilməsi;

– dövlət-sahibkar tərəfdaşlığı üzrə bütün maraqlı tərəflərin maarifləndirilməsi və potensialının gücləndirilməsi;

– dövlət-sahibkar tərəfdaşlığı meyarlarına uyğun layihələrin təhlil edilməsi, araşdırılması və həmin layihələrin reallaşdırılması üçün işlərin görülməsi.

Beynəlxalq təcrübə

DÖST sahəsində beynəlxalq təcrübə Beynəlxalq təcrübədə bir sıra ölkələrdə dövlət (ictimai) infrastruktur layihələrinin icrasında DÖST modeli geniş tətbiq olunur. Bunların sırasında ABŞ, Böyük Britaniya, Fransa, Niderland, Avstraliya, Cənubi Koreya, Türkiyə, Braziliya, Hindistan, Çin, Meksika və s. ölkələri xüsusilə qeyd etmək olar. Dünya Bankının məlumatlarına əsasən 1990 – 2018-ci illərdə inkişaf etməkdə olan ölkələrdə təqribən 1,5 trilyon ABŞ dollar dəyərində 6135 DÖST layihəsi həyata keçirilib. İstanbulun yeni Hava Limanı, Avrasiya Tuneli, Yavuz Sultan Səlim Körpüsü, Osmanqazi Körpüsü, ölkə daxilində bir sıra şəhər xəstəxanaları və dəmiryol layihələri də daxil olmaqla Türkiyənin tanınmış iri layihələrinin əhəmiyyətli bir hissəsi DÖST modelinin tətbiqi ilə həyata keçirilib. Dünya Bankının “İnfrastruktur Layihələrində Özəl İştirak” məlumat bazasına əsasən investisiya dəyəri 35 milyard ABŞ dollar olan İstanbul Hava Limanı layihəsi ən çox özəl investisiya cəlb edilən DÖST layihəsi hesab olunmaqdadır. Digər mühüm DÖST layihələri arasında Rusiyanın qaz yataqlarını Avropa İttifaqının enerji bazarları ilə bağlayan “Şimal axını” (Nord Stream) qaz kəməri layihəsi (10 milyard ABŞ dollar), Fransada ən böyük fiberoptik layihə olan “THD Grand Est” (1 milyard avro) və futbol üzrə “Avro 2016” yarışları üçün stadionların inşası və təmiri (məsələn, Lill şəhərində 618 milyon Avro həcmində PierreMauroy stadionunun inşası), Hollandiyada Blankenburg tuneli (1 milyard avro) və Afsluitdijk dambası (810 milyon avro), Türkiyədə 1915 Çanakkale Köprüsü (3.1 milyard avro) və Bilkent laboratoriyası (711 milyon avro) və s. qeyd etmək olar. Aşağıdakı qrafik 2018-ci ildə Avropada DÖST bazarını göstərir. Qrafikə əsasən ən çox DÖST layihəsi Fransada, dəyər baxımından isə Türkiyədə həyata keçirilib. DÖST modeli dövlət investisiya xərclərinin azaldılması və alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi ilə müvafiq infrastruktur layihələrinin icrasına yerli və xarici sərmayəçilərin cəlb edilməsi baxımından mühüm rol oynayır. Bir sıra ölkələrdə (Avstraliya, Niderland, Çili və s.) hətta DÖST layihələri yalnız dövlət investisiya proqramına daxil olan layihələr arasından seçilir. DÖST mühitinin təkmilləşdirilməsi və DÖST layihələrinin inkişaf etdirilməsi məqsədilə Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davamlı İnfrastruktur Fondu, İslam İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq təşkilatlar tərəfindən müvafiq dəstək göstərilir. Ölkələr üzrə layihələrin ümumi dəyəri (milyard avro) Ölkələr üzrə layihələrin sayı Türkiyə Fransa Niderland Almaniya Böyük Britaniya Belçika Serbiya İrlandiya Avstriya İspaniya