Anar Eldar oğlu Yusufzadə 1980-ci il noyabrın 6-da Bakı şəhərində anadan olub.

2000-2003-ci illərdə Malayziya Beynəlxalq İslam Universitetinin (IIUM) Beynəlxalq münasibətlər fakültəsində təhsil alıb. Təhsili bitirdikdən sonra, 2003-ci ildən etibarən Malayziyada müxtəlif özəl şirkətlərdə çalışıb.

2006-cı ildə ABŞ-da qısamüddətli kurslarda iştirak etdikdən sonra Azərbaycanda Satınalma üzrə Dövlət Agentliyində təlim üzrə şöbə müdirinin müavini vəzifəsində çalışıb.

2009-cu ilin sentyabr ayından 2011-ci ilin sentyabr ayınadək Nikoil İnvestisiya Kommersiya bankının İslam bankçılığı məhsullarının inkişafı üzrə baş meneceri olub.

2010-ci ildə Bəhreyndə yerləşən nüfuzlu AAOİFİ təşkilatının imtahanını uğurlu verərək Auditor və Məsləhətçi sertifikatını əldə edib.

2011-ci ilin sentyabr ayından 2012-ci ilin avqust ayına qədər Texnika Leasing şirkətinin müdiri olub.

2012-ci ildən 2018-ci ilə qədər İndoneziyada fərqli özəl şirkətlərdə layihə direktoru və maliyyə müdiri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Leasing Şirkətinin direktorlar şurasının üzvü olaraq fəaliyyət göstərib və 2019-ci ildən etibarən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi, İslam İnkişaf Bankı, Ekvita şirkəti və İFAAS şirkəti arasında yaranan konsorsium tərəfindən Azərbaycanda İslam bankçılığı qanunvericiliyin yazılması üzrə ölkə koordinator təyin olunub.

2020-ci ilin mart ayında etibarən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində KOB İnkişaf Fondlarının təşkili və koordinasiya şöbəsində baş mütəxəssis, 2021-ci ilin aprel ayından etibarən KOB-ların maliyyə bazarlarına çıxışına dəstək şöbəsinin müdiri, 2022-ci ilin mart ayından etibarən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin DÖST mühitinin təkmilləşdirilməsi və potensialının gücləndirilməsi departamentinin müdiri vəzifəsində çalışır.

Azərbaycan, türk, rus, ingilis, ərəb və malay dillərini bilir.