Vəlizadə Anar Tolik oğlu 24 fevral 1978-ci ildə Bakı şəhərində anadan olub.

1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakultəsində təhsil alıb.

2002-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

2003-2009-cu illərdə özəl biznes sahəsində çalışıb. 2009-2011-ci illərdə Mərkəzi Xüsusi Rabitə İdarəsində feldyeger, 2011-2013-cü illərdə Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi "Azərpoçt” MMC-də müxtəlif vəzifələrdə Poçt şöbəsinin müdiri, Əsas Vəsaitlərin İdarə Olunması şöbəsinin aparıcı mütəxəssisi, Təhlükəsizlik şöbəsinin mütəxəssisi vəzifələrində çalışıb.

2013-2021-cu illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin Hüquq şöbəsinin müdir müavini və müdiri vəzifələrində çalışıb.

2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsində Hüquq sektorunda baş məsləhətçi, sektor müdiri əvəzi vəzifəsində çalışıb.

Bir çox təlimlərdə, seminarlarda və treninqlərdə iştirak edib. İstehlakçıların hüquqlarının müdafiəsi işinin təşkili, Biznes etika və s. beynəlxalq sertifikatları var.

2022-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin DÖST mühitinin təkmilləşdirilməsi və potensialının gücləndirilməsi departamentinin böyük layihə koordinatoru vəzifəsində çalışır.

Azərbaycan, rus və türk dillərini bilir.

Ailəlidir, 2 övladı var.